SEPAH ölkə daxilində hərbi əməliyyat keçirdi

SEPAH ölkə daxilində hərbi əməliyyat keçirdi backend

İran hərbçiləri həyata keçirdikləri qabaqlayıcı əməliyyat zamanı İslam Respublikasının cənub-şərqində və şimal-qərbində ABŞ və İsrail tərəfindən dəstəklənən terror qruplaşmalarını darmadağın ediblər.

Qaziler.az IRIB-də istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Kərami bəyanat verib.

"SEPAH və ordu çiyin-çiyinə hərəkət edərək, qabaqlayıcı əməliyyat zamanı bu qruplaşmaların mövqelərini darmadağın edib", — deyə bəyanatda bildirilib.

Bundan əvvəl SEPAH bəyan etmişdi ki, İranın Hərbi Dəniz və Kosmik Qüvvələri ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

QAZİLER.AZ