Almaniya kansleri Fridrix Merts iyulun 8-də bildirib ki, ABŞ administrasiyasının Avropadakı müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb etməsi əsaslıdır.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
Almaniya hökumətinin başçısının sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampı bu mövqeyinə görə tənqid edə bilməz, çünki hazırda alyans daxilində maliyyə yükünün bölüşdürülməsi ədalətli görünmür.
“Amerikalıların NATO-ya nə qədər xərclədiyinə və bizim nə qədər xərclədiyimizə dair rəqəmlərə baxsanız, 80-ə 20 nisbətində olduğunu görəcəksiniz. Bunun 80%-i Amerika, 20%-i isə Avropa tərəfindən xərclənir. Bu, qəbuledilməzdir”, — deyə kansler bildirib.
Merts əlavə edib ki, Avropa dövlətləri artıq müdafiə büdcələrini artırmağa başlayıblar. Onun fikrincə, bu addımlar alyansın ayrı-ayrı üzvlərini razı salmaq üçün deyil, Avropa İttifaqının öz təhlükəsizlik maraqlarından irəli gəlir.
“Bunu bir qədər sərt ifadə etsək, avropalılar üçün "havayı dövr" artıq başa çatıb”, — deyə Merts yekunlaşdırıb.
QAZİLER.AZ



