Türkiyəyə qarşı kiber hücumlar həyata keçirənlər bəlli oldu

Türkiyəyə qarşı kiber hücumlar həyata keçirənlər bəlli oldu backend

Dekabrın 14-dən bəri Türkiyədəki 40 minə yaxın “tr” domenli sayta qarşı başlayan güclü kiber hücumların kimlər tərəfindən həyata keçirildiyi bəlli olub. İKT.lent.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, məşhur haker qrupu “Anonymous” hücumlarla əlaqədar məsuliyyəti öz üzərində götürüb.

Qrup hücumların səbəbi kimi Rusiya rəhbərliyinin Türkiyəni İŞİD terror təşkilatı ilə əlaqədə ittiham etməsini göstərib. “İŞİD-i dəstəkləməkdən vaz keçməsəniz, internetinizə və banklarınıza hücum etməyə davam edəcəyik və dövlət orqanlarının saytlarını çökdürəcəyik. Hava limanlarınızı, hərbi qurumlarınızı, dövlət orqanları və özəl qurumlarınızı hədəf alacağıq. Bank infrastrukturunuzu yox edəcəyik”, - deyə “Anonymous” qrupunun Türkiyəyə ünvanlanmış hədə dolu bəyanatında bildirilir.

Qeyd edək ki, Türkiyə Rusiyanın ittihamlarını dəfələrlə rədd edib. ABŞ və Avropa İttifaqı da bu ittihamları əsassız adlandırıb.

Türkiyəyə qarşı şiddətli kiber hücumların rus hakerlər tərəfindən həyata keçirildiyi güman olunurdu.
Diaspora