Qazaxıstanın Akmola vilayətinin Arşalı rayonunda Astana-Karaqanda marşrutu ilə hərəkət edən yük lokomotivinin maşinist kabinəsində yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.
Akmola Vilayəti Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, yük lokomotivinin maşinist kabinəsində yanğın baş verib və 15 kvadrat metr sahəni əhatə edib.
Lokomotiv "Astana - Karaqanda" marşurutu ilə hərəkət edib.
Yanğın Astananın yanğınsöndürmə qatarı tərəfindən söndürülüb.
Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin sözçüsü Ersain Koişibayevin verdiyi məlumata görə, xəsarət alan olmayıb.
Xilasedicilərin sözlərinə görə, yanğının ilkin səbəbi elektrik naqillərində qısaqapanma olub.
QAZİLER.AZ



