Rusiyanın bir bölgəsində fövqəladə vəziyyət elan edilib

Rusiyanın bir bölgəsində fövqəladə vəziyyət elan edilib backend

Yakutiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Yakutiyada 10 iyul cümə günündən etibarən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan ediləcək.

Qaziler.az bildirir ki, bu barədə regional hökumət məlumat verib.

Respublika başçısı Aysen Nikolayev qeyd edib ki, regionda davam edən isti hava şəraiti meşə yanğınları ilə bağlı vəziyyəti daha da pisləşdirir. Yakutiyanın mərkəzində civə sütunu müsbət 35-36 dərəcəyə çatır, deyə rəsmi bildirib.

8 iyul tarixinə olan məlumata görə, bölgədə ümumi sahəsi 1828 hektar olan altı meşə yanğını artıq söndürülüb. Bununla belə, Yakutiyada ümumi sahəsi 26 min hektardan çox olan 57 meşə yanğını davam edir.

QAZİLER.AZ