Putin Rusiya büdcəsinin demək olar ki, yarısını Ukraynaya qarşı müharibəyə xərcləyir

Putin Rusiya büdcəsinin demək olar ki, yarısını Ukraynaya qarşı müharibəyə xərcləyir backend

Rusiya Ukraynaya qarşı müharibədə nəhəng dövlət vəsaitlərini “yandırmaqda” davam edir.

Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya diktatoru Vladimir Putinin dövlət büdcəsinin neçə hissəsini müharibəyə xərclədiyini öyrənib.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin BKİ rəis müavini, general-mayor Vadim Skibitski "Apostrof TV"yə verdiyi müsahibədə deyib.

Rusiyanın ümumi büdcəsinin təxminən yarısı Ukraynaya qarşı müharibəyə xərclənir.

"Rusiya Federasiyasının dövlət büdcəsinin 47%-i hazırda müharibəyə gedir. Bu, çox böyük rəqəmdir", - Skibitski bildirib.

QAZİLER.AZ