Ərdoğan Trampın Ukrayna ilə bağlı mövqeyini dəstəkləyib

Ərdoğan Trampın Ukrayna ilə bağlı mövqeyini dəstəkləyib backend

Türkiyə ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi üzrə sülh təşəbbüslərini dəstəkləyir.

Qaziler.az "Milliyet" nəşrinə istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində bəyan edib.

"Mən cənab Trampın Ukraynada sülhün bərqərar olunması ilə bağlı mövqeyini bölüşürəm və Ukraynanın prioritet ehtiyaclarının siyahısının tərtib edilməsi təşəbbüsünə dəstəyimizi bəyan edirəm", - Ərdoğan deyib.

Prezident vurğulayıb ki, Türkiyə münaqişənin nizamlanması üçün Rusiya ilə olan əlaqə kanallarından da istifadə edir.

Qeyd edək ki, 7-8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində NATO sammiti keçirilir. Alyansın avropalı üzvləri Amerika prezidenti ilə münasibətləri bərpa etməyə ümid bəsləyirlər.

QAZİLER.AZ