NATO dövlət və hökumət başçılarının 36-cı sammitində iştirak etmək üçün Ankaraya gələn Fransa Prezidenti Emmanuel Makron səhər yürüşü edib.
Qaziler.az xəbər verir ki, Makron Türkiyə paytaxtının Çankaya rayonunda yerləşən Seqmenlər parkında qaçış həyata keçirib.
Təhlükəsizlik xidmətinin müşayiət etdiyi Fransa lideri Çankaya prezident iqamətgahının yaxınlığında görüntülənib. Makron qaçış zamanı vaxtaşırı yoldan keçən insanları salamlayıb.
QAZİLER.AZ



