"ABŞ-nin Qrenlandiyaya çox ehtiyacı var, Danimarkaya isə bu ada lazım deyil".
Qaziler.az "NBC News"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın baş katibi Mark Rütte ilə görüşündə bildirib.
Amerika liderinin fikrincə, Birləşmiş Ştatların Qrenlandiyaya "dünyanı qorumaq üçün" ehtiyacı var.
Tramp həmçinin əlavə edib ki, İkinci Dünya Müharibəsi (1939–1945-ci illər) zamanı Danimarkanın nasistlər tərəfindən işğalından sonra ABŞ adanı öz mühafizəsinə götürüb, lakin sonra "ağılsızlıq edərək" onu geri qaytarıb. O, vurğulayıb ki, Amerika hökuməti bunu etməməli idi.
Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə adanın Amerika dövlətinin tərkibinə daxil edilməli olduğunu bəyan edib.
QAZİLER.AZ



