Tramp Türkiyəyə "F-35" qırıcılarını verəcəyinə söz verdi

Tramp Türkiyəyə "F-35" qırıcılarını verəcəyinə  söz verdi backend

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcı təyyarələrini verəcəyinə söz verib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tramp Ankarada keçirilən alyans sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı "Türkiyə F-35-ləri alacaq”", - deyə bildirib.

Bir gün əvvəl Tramp bəyan etmişdi ki, mümkün "F-35" sövdələşməsi kontekstində Ankaranın Rusiyaya məxsus "S-400" komplekslərinə sahib olması onu narahat etmir.

Trampın sözlərinə görə, bu gün Türkiyə ilə bağlı onu narahat edən heç bir məqam yoxdur və Vaşinqtonun Ankara ilə münasibətləri "çox güman ki, hər zamankından daha yaxşıdır".

QAZİLER.AZ