ABŞ zərbələri nəticəsində SEPAH hərbçisi həlak olub

ABŞ zərbələri nəticəsində SEPAH hərbçisi həlak olub backend

ABŞ silahlı qüvvələrinin İslam Respublikasına endirdiyi yeni zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hərbçisi həlak olub.

Qaziler.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın Bəndər-Mahşəhr şəhəri üzrə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, hərbçi iyulun 8-i səhər saatlarında ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində dünyasını dəyişib.

"Qvardiyaçı Məhəmməd Rza Xazini düşmənin pilotsuz təyyarələrinin hücumlarını dəf edərkən qəlpə yarası alaraq şəhid olub", - məlumatda qeyd olunub.

QAZİLER.AZ