Tramp sərt çıxışı ilə NATO müttəfiqlərini məyus etdi

Tramp sərt çıxışı ilə NATO müttəfiqlərini məyus etdi backend

NATO-ya üzv ölkələr ABŞ Prezidenti Donald Trampla yeni razılaşmalar əldə edəcəklərinə ümid bəsləsələr də, o, bu planları alt-üst edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Nəşrin məqaləsində qeyd olunub ki, ABŞ lideri sazişlər imzalamaq əvəzinə sərt danışıb və  bu da müttəfiqlərinin müdafiəyə olan sadiqliyini bir daha şübhə altına almasına səbəb olub.

Bundan əlavə, NATO nümayəndələri Trampın bu sərt ritorikasının ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğu, Ukraynaya dəstək və Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılacaq danışıqların müzakirəsi zamanı da davam edəcəyindən narahatdırlar.

Xatırladaq ki, Tramp bir qədər əvvəl Birləşmiş Ştatların Avropanın təhlükəsizliyini təmin etmək üçün vəsait xərcləməyə məcbur olmadığını və bütün hərbçilərini oradan çıxara biləcəyini bəyan etmişdi. ABŞ prezidenti NATO-dan "çox məyus" olduğunu da xüsusi vurğulamışdı.

Qeyd edək ki, NATO dövlət və hökumət başçılarının sammiti iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçirilir.

QAZİLER.AZ