İran ABŞ-ni anlaşma memorandumunu pozmaqda ittiham etdi

İran ABŞ-ni anlaşma memorandumunu pozmaqda  ittiham etdi backend

ABŞ İrana yeni zərbələr endirmək qərarı ilə iki ölkə arasındakı anlaşma memorandumunun əsas bəndlərini kobud şəkildə pozub.

Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin mətbuat üçün açıqlamasında bildirilib.

Sənəddə qeyd olunub ki, təcavüzkar hücumlar hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumunun 1-ci bəndinin açıq-aşkar pozulmasıdır.

İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, öhdəliklərini pozan ABŞ bölgədə gərginliyin artmasının təhlükəli nəticələrinə görə məsuliyyət daşıyır.

QAZİLER.AZ