Litva Seymi (parlamenti) ölkədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsi haqqında qanun layihəsinə baxacaq.
Qaziler.az xəbər verir ki, "DW"nin məlumatına görə, düzəlişin lehinə 89, əleyhinə 11 deputat səs verib, 6 nəfər isə bitərəf qalıb.
Prezident Gitanas Nauseda keçən həftə Berlində bu addımı Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda NATO-nun nüvə çəkindirmə sisteminə qoşulmaq məqsədilə elan etsə də, sülh dövründə silahların yerləşdirilməsi ilə bağlı hələlik birbaşa planların olmadığını bildirib.
Hakim koalisiya bu dəyişikliyin Litvanın Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (NPT) üzrə öhdəliklərinə təsir etməyəcəyini vurğulayır.
Payız sessiyasında müzakirə olunacaq layihə barədə parlamentin spikeri Yuozas Olekas "çəkindirmə sistemində zəif bənd ola bilmərik" deyib.
QAZİLER.AZ



