Pakistanın "K2 Airways" aviaşirkətinə məxsus "Boeing 737-400" tipli yük təyyarəsi Ərəbistan dənizi üzərində radarlardan itib.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 8-də "Dawn" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təyyarə Pakistanın hava məkanına yaxınlaşarkən, Karaçi şəhərindən təxminən 300 km qərbdə rabitəni itirib.
Qəzetin verdiyi məlumata görə, göyərtədə 5 heyət üzvü olub. Bildirilib ki, pilot uçuş zamanı naviqasiya problemi barədə məlumat verib və idarəetmə mərkəzindən kömək istəyib.
QAZİLER.AZ



