ABŞ və İran bir-birinin hərbi obyektinə qarşılıqlı zərbələr endirib

ABŞ və İran bir-birinin hərbi obyektinə qarşılıqlı  zərbələr endirib backend

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib.

Qazilər.az xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Fars" agentliyi yayıb.

Bəyanatda ABŞ-nin hücumları sabiq ali dini rəhbər "Əli Xameneinin vida mərasiminə kölgə salmaq" məqsədi güddüyü bildirilib.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz və Aerokosmik Qüvvələri müştərək raket və PUA əməliyyatı zamanı Amerikanın Salman limanı, Bəhreynin beşinci dəniz bölgəsi və Küveytin "Əli Əs-Salim" aviabazasındakı 85 mühüm hərbi obyektini darmadağın edib və düşmənin əməliyyata müdaxilə etmək istəyən bir "MQ-9" PUA-sını vurub", - bəyanatda vurğulanıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən isə 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni zərbələr seriyasını başa çatdırıldığı açıqlanıb.

Komandanlıqdan həmçinin SEPAH-ın 60-dan çox katerinə hücum edildiyini bildirilib.

CENTCOM İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Rəsmi Tehran isə bunu İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

Report.az