ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiya ABŞ-nin nəzarəti altında olmalıdır.
Qaziler.az xəbər verir ki, o, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə bildirib.
Trampın sözlərinə görə, Qrenlandiya Amerika Birləşmiş Ştatları üçün dünyanın mühüm bir hissəsidir.
"Ora Danimarka deyil, ABŞ nəzarət etməlidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, may ayında "BBC" telekanalı ABŞ-nin son aylarda Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək barədə Danimarka ilə fəal şəkildə gizli danışıqlar apardığını xəbər vermişdi. Jurnalistlərin məlumatına görə, Vaşinqton adanın cənubunda üç yeni baza açmaq niyyətindədir. Ağ Ev bu danışıqları optimist adlandırıb və onların doğru istiqamətdə irəlilədiyini qeyd edib. Danimarka əlavə bazaların yerləşdirilməsini müzakirə etməyə hazır olduğunu təsdiqləsə də, təfərrüatları açıqlamaqdan imtina edib.



