Çində məşhur mikrodram aktyoru gözlənilməz səbəbdən 30 yaşında karyerasını başa çatdırıb.
Qaziler.az bildirir ki, bu barədə "Mothership" məlumat verir.
Syuy Pen mikrodram bumu dövründə şöhrət qazanıb. 2025-ci ildə o, gündə 16 saat çəkiliş aparıb və məşhur seriallarda bir neçə baş rolda oynayıb. O, xüsusilə güclü bossları canlandırmaqda uğurlu olub. Lakin, tamamilə süni intellekt (Sİ) tərəfindən yaradılan mikrodramlar son zamanlar geniş yayıldığına görə Penin rol təklifləri getdikcə nadir hala gəlib.
O, sonuncu dəfə mart ayında çəkiliş meydançasında görünüb və sonra aktyorluqdan əl çəkmək qərarına gəlib. Gənclərin keçmiş kumiri doğma Şandun əyalətinə qayıdıb və babasının yetişdirdiyi tərəvəzləri bazarda satmağa başlayıb. Bununla belə, Pen populyar olaraq qalır və pərəstişkarları tez-tez ondan avtoqraf istəyirlər.
QAZİLER.AZ



