Qazaxıstanda Tokayevin prezidentlik müddətləri sıfırlandı

Qazaxıstanda Tokayevin prezidentlik müddətləri sıfırlandı backend

Yeni Konstitusiyanın qüvvəyə minməsi ilə əlaqədar Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səlahiyyət müddəti sıfırlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə iyulun 7-də respublikanın Konstitusiya Məhkəməsi məlumat yayıb.

Qazaxıstanda 1 iyul 2026-cı il tarixində yeni konstitusiya qüvvəyə minib. Tokayev 2019-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin xələfi kimi vəzifəsinin icrasına başlayıb. Köhnə konstitusiyaya əsasən, Tokayevin səlahiyyətləri 2029-cu ilə qədər yalnız bir müddətlə məhdudlaşırdı.

Reuters Konstitusiya Məhkəməsinin bəyanatına istinadən bildirir ki, "1995-ci il Konstitusiyasına uyğun olaraq, bu konstitusiya müddəalarında göstərilən vəzifələri tutan şəxslər 2026-cı il Konstitusiyasının qüvvəyə minməsindən sonra müvafiq vəzifələrə seçilə və ya təyin edilə bilərlər".

Sözügedən konstitusiya normaları ilə müəyyən edilmiş məhdudiyyətlərin tətbiqi məqsədilə, həmin şəxslərin 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra müvafiq vəzifələrə seçilməsi və ya təyin edilməsi ilk seçilmə və ya təyin edilmə kimi qəbul olunur.

QAZİLER.AZ