Pekin sülhün açarı ola bilər və bunun izahı var.
Norveç Çinin Rusiyanı Ukrayna ilə danışıqlar masasına gətirməsinə kömək etməsini istəyir.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
Norveçin baş naziri Yonas Qar Stere deyib ki, Çin Ukraynadakı müharibənin danışıqlar yolu ilə həllinə kömək etmək üçün Rusiya rəhbərliyi ilə əlaqələrindən istifadə etməlidir. Onun sözlərinə görə, bu, Pekinin Avropa ilə münasibətlərinə də fayda verəcək.
O, bu barədə bazar ertəsi Osloda Çinin xarici işlər naziri Van I ilə görüşdən sonra açıqlama verib. Sterenin sözlərinə görə, onların söhbətinin böyük hissəsi Ukraynaya həsr olunub.
QAZİLER.AZ



