Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcəsində hərbi təyinatlı vəsaitlər 200 milyard avronu ötəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ankarada keçirilən NATO sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bəyan edib.
"Aİ-nin yeni çoxillik büdcəsinə hərbi imkanlar üçün 131 milyard avro, hərbi mobillik (Avropa boyu hərbi yüklərin və ağır hərbi texnikanın daşınması üçün yolların, körpülərin, tunellərin modernləşdirilməsi) üçün isə 71 milyard avro vəsait daxil ediləcək", - deyə fon der Lyayen bildirib.
O, həmçinin Aİ üzvü olan dövlətlərin hərbi xərclərini dəstəkləmək üçün nəzərdə tutulan Aİ proqramlarını xatırladıb. Onun fikrincə, bu proqramlar 2030-cu ilə qədər hərbi ehtiyaclar üçün bütün Aİ məkanında 950 milyard avroya qədər vəsait cəlb edə bilər.
Qeyd edilib ki, Aİ-nin 2028-2034-cü illər üçün yeddiillik büdcəsi bu qədər böyük həcmdə hərbi xərcləri nəzərdə tutan ilk büdcə olaraq birliyin tarixinə düşəcək.
QAZİLER.AZ



