On ildən artıq İtaliya Müdafiə Nazirliyində çalışmış iki keçmiş xüsusi xidmət orqanı əməkdaşı Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə Romada saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazır.
Nəşrin yazdığına görə, Avropa dövlətinin vətəndaşları tərəfindən Rusiya tərəfinə ötürüldüyü iddia edilən məlumatlar milli təhlükəsizliklə bağlıdır.
Jurnalistlərin məlumatına görə, şübhəli şəxslərin Rusiyanın Romadakı səfirliyinin əməkdaşı ilə əlaqə saxladıqları iddia edilir. İstintaqçılar axtarışlar aparıb, şübhəli şəxslərdən rabitə vasitələrini, kompüterləri və digər elektron cihazları müsadirə ediblər.
İtaliya hüquq-mühafizə orqanlarının məlumatına görə, daha beş nəfər barəsində müxtəlif maddələrlə araşdırma aparılır. Onlar, həmçinin "siyasi və ya hərbi casusluq", "dövlət sirrini yayma" və qadağan olunmuş məlumatların açıqlanmasında şübhəli bilinirlər.
QAZİLER.AZ



