Zelenski və Trampın NATO sammitindəki görüş tarixi AÇIQLANDI

Zelenski və Trampın NATO sammitindəki görüş tarixi  AÇIQLANDI backend

Ukrayna lideri Volodimir Zelenski iyulun 8-də Bakı vaxtı ilə saat 15:30-da Ankara NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

Qaziler.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri Ağ Evin bəyanatına istinadən məlumat yayıb.

ABŞ liderinin rəsmi iqamətgahından verilən məlumata görə, Zelenski və Tramp arasındakı danışıqlar bir saat davam edəcək. Daha sonra Trampın rəsmi qrafikinə uyğun olaraq, onun Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşü nəzərdə tutulub.

"Bloomberg"in məlumatına görə, Zelenski amerikalı həmkarı ilə danışıqlar öncəsi optimist əhval-ruhiyyədədir. Qeyd olunur ki, Ukrayna liderinin NATO ölkələrinin digər rəhbərləri ilə də görüşləri planlaşdırılıb.

QAZİLER.AZ