Ukrayna Avropa ölkələri ilə birgə raketlər istehsal edəcək

Ukrayna Avropa ölkələri ilə birgə raketlər istehsal edəcək backend

Ukrayna Avropa İttifaqı (AB) ölkələri ilə birlikdə uzaqmənzilli raketlər istehsal etmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.

Nəşrin məlumatında qeyd olunur ki, birgə layihələr ABŞ silahlarından asılılığı azaltmağa imkan verəcək.

Belə ki, uzaqmənzilli raketlərin hazırlanması ideyası ABŞ Prezidenti Donald Trampın Almaniyada "Tomahawk" raketlərinin yerləşdirilməsini ləğv etmək qərarından sonra yaranıb.

Nəşrin müəllifləri yazırlar ki, söhbət uçuş məsafəsi 1000 kilometrdən 3000 kilometrə qədər olan raketlərdən gedir. Layihədə Ukrayna ilə yanaşı Böyük Britaniya, Almaniya, Fransa və Niderland da iştirak edəcək.

QAZİLER.AZ