Tramp NATO sammitində iştirak üçün Ankaradadır

Tramp NATO sammitində iştirak üçün Ankaradadır backend

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının (NATO) sammitində iştirak etmək üçün Ankaradadır. 

Qaziler.az xəbər verir ki, dövlət başçısının təyyarəsinin eniş anı Ağ Evin "YouTube" kanalı vasitəsilə canlı yayımlanıb. Amerika liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Bundan əvvəl "CNN" rəsmilərə istinadən yazmışdı ki, Tramp NATO sammitinə "pis əhval-ruhiyyədə" yollanır, buna görə də tədbirin rəvan keçəcəyinə zəmanət yoxdur.

Materialda qeyd olunub ki, Tramp NATO tərəfindən dəstəyin olmamasından qəzəblə şikayətlənib və bu ritorika onun açıq bəyanatlarında da öz əksini tapıb.

Qeyd edək ki, iyulun 7-8-də Ankarada NATO-nun növbəti sammiti keçirilir. Alyansın avropalı üzvləri bu sammit çərçivəsində ABŞ prezidenti ilə itirilmiş dostluq münasibətlərini bərpa etməyə ümid edirlər. Görüşdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək.

QAZİLER.AZ