Ukraynda xüsusi hərbi əməliyyat Kiyevin sülh yolu ilə nizamlanmaya hazır olmaması səbəbindən davam edir və Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olunduqdan sonra başa çatacaq.
Qaziler.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Kreml rəsmisinin sözlərinə görə, hazırda Kiyev münaqişənin sülh yolu ilə nizamlanmasına heç bir hazırlıq nümayiş etdirmir.
Bununla əlaqədar olaraq Peskov qeyd edib ki, xüsusi hərbi əməliyyat Rusiyanın qarşıya qoyduğu məqsədlərə tam nail olunana qədər davam etdiriləcək.
QAZİLER.AZ



