Suriyanın turizm nazirinin müavini Fərəc əl-Qaşquş və daha 17 nəfər çərşənbə axşamı günü Dəməşqdə Turizm Nazirliyinin binası yaxınlığında baş verən iki partlayış nəticəsində xəsarət alıb.
Qaziler.az xəbər verir ki, bu barədə Suriyanın "SANA" dövlət agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, hər iki partlayıcı qurğu kustar üsulla hazırlanıb. Onlardan biri yol kənarında dayanan avtomobilə yerləşdirilib, digəri isə zibil konteynerində gizlədilib.
Hazırda hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi və təqsirkar şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üzrə istintaq tədbirləri həyata keçirilir.
Suriyası Daxili İşlər Nazirliyi bəyan edib ki, partlayış yeri Fransa prezidenti Emmanuel Makronun iqamətgahı üçün ayrılmış təhlükəsizlik perimetrindən kənarda olub, onun qalmasına və ya rəsmi səfərinə birbaşa təhlükə törətməyib. Nazirlikdən əlavə ediblər ki, Fransa liderinin səfəri qrafikə uyğun olaraq davam edir.
QAZİLER.AZ



