NATO hərbi satınalmalar üçün "vahid pəncərə" sistemi yaradır - Rütte

NATO hərbi satınalmalar üçün "vahid pəncərə" sistemi yaradır - Rütte backend

NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda hərbi satınalmalar üçün "NATO-nun ön qapısı" adlı "vahid pəncərə" xidmətinin yaradıldığını elan edib.

Qaziler.az bildirir ki, bu barədə o, iyulun 7-də keçirilən forumda bildirib.

 

“Bu gün biz hərbi sənaye üçün "NATO-nun ön qapısı" təşəbbüsünü istifadəyə veririk. Bu təşəbbüs hərbi sənaye şirkətlərinə müdafiə satınalmaları ilə bağlı bütün məsələlərin həlli üçün vahid müraciət pəncərəsi təqdim edəcək”, - Rütte deyib.

Onun sözlərinə görə, yeni xidmət NATO ilə əməkdaşlıq edən müdafiə sənayesi şirkətlərinin satınalma proseslərini sadələşdirməyə, əlaqələndirməni gücləndirməyə və sifarişlərin daha operativ şəkildə həyata keçirilməsinə xidmət edəcək.

QAZİLER.AZ