Dəməşqin mərkəzində baş verən partlayışlarda ən azı 18 nəfər yaralanıb - "SANA" - YENİLƏNİB

Dəməşqin mərkəzində baş verən partlayışlarda ən azı 18 nəfər yaralanıb - "SANA" - YENİLƏNİB backend

Dəməşqin mərkəzində baş verən partlayışlar nəticəsində dörd polis əməkdaşı da daxil olmaqla ən azı 18 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə 7 iyulda Suriya dövlət xəbər agentliyi "SANA" Suriya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Suriya Daxili İşlər Nazirliyi həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının Suriya paytaxtının mərkəzində əvvəlcədən partlayıcı qurğular aşkarladığını bildirib. Buna baxmayaraq, mütəxəssislər onları işə düşmədən əvvəl zərərsizləşdirə bilməyiblər.

12.09

Fransa Prezidenti Emmanuel Makronun Suriyaya rəsmi səfəri zamanı qalmalı olduğu otelin yaxınlığında, Dəməşqdə bir neçə partlayış baş verib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 7-də "Reuters" agentliyi yerli xüsusi xidmət orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

 

“Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qalmalı olduğu otelin yaxınlığında baş verən partlayışların olduğu ərazidən tüstü və alov qalxır”, - məlumatda deyilir:

Bildirilir ki, partlayışlardan sonra hadisənin baş verdiyi əraziyə aparan yollar bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd olunur ki, Makron 2024-cü ilin payızında Suriyada baş vermiş dövlət çevrilişindən və keçmiş prezident Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra Dəməşqə səfər edən ilk Avropa lideridir.

QAZİLER.AZ