Kubada elektrik enerjisi tamamilə kəsildi

Kubada elektrik enerjisi tamamilə kəsildi backend

Kubada milli elektrik enerjisi sistemi tamamilə sıradan çıxıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 6-da ölkənin dövlət elektrik şirkəti Union Electrica (UNE) məlumat yayıb.

"Milli Elektrik Enerjisi Sistemində tam kəsinti baş verib. Hadisənin səbəbləri araşdırılır", - şirkətin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib .

Şirkət əlavə edib ki, mütəxəssislər hadisənin səbəbləri aydınlaşdıqca ictimaiyyəti vəziyyətlə bağlı məlumatlandırmağa davam edəcəklər. Hazırda genişmiqyaslı enerji kəsintisinin səbəbi açıqlanmayıb.

QAZİLER.AZ