ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens 2028-ci il prezident seçkisində Prezident Donald Trampın mümkün varisi kimi mövqeyini gücləndirir.
Bu barədə Oxu.Az "Axios" nəşrinə istinadən xəbər verir.
"Vitse-prezident 2028-ci ildə namizədliyini irəli sürərsə, Prezident Trampın mübahisəsiz siyasi varisi kimi görünür", - deyə materialda bildirilib.
ABŞ Administrasiyasının adıçəkilməyən müşavirinin sözlərinə görə, Vens tədricən nüfuz qazanır və Tramp bunu görür.
O, həmçinin ABŞ Dövlət katibi Marko Rubionun prezidentlik yarışında iştirak ehtimalının az olduğunu düşünür.
"Prezident artıq soruşmur ki, Cey. Di, yoxsa Marko? O deyir ki, Cey. Di işinin öhdəsindən əla gəlir", - deyə nəşr məsələ ilə tanış olan mənbəyə istinadən qeyd edib.
Nəşr vurğulayır ki, Vens İranla ilkin sülh sazişi bağlamaqla Trampda gözəl təəssürat yaratmağa müvəffəq olub. Nəşr, həmçinin Vensin geniş mediakampaniyasından və bu yaxınlarda nəşr olunan bestsellerindən bəhs edib.



