Trampdan Meloni ilə bağlı qəribə PAYLAŞIM

Trampdan Meloni ilə bağlı qəribə  PAYLAŞIM backend

ABŞ Prezidenti Donald Tramp NATO sammiti ərəfəsində İtaliyanın Baş naziri Corca Meloni ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verib.

Tramp özünün Truth Social sosial şəbəkəsində Meloninin ona "heyranlıqla" baxdığı əks olunan fotonu paylaşaraq, paylaşımına "Qadağanedici məhkəmə qərarı lazımdır" sözlərini əlavə edib.

ABŞ qanunvericiliyinə əsasən, qadağanedici (məhdudlaşdırıcı) məhkəmə qərarı bir şəxsin digər şəxsə münasibətdə müəyyən hərəkətləri həyata keçirməsini qadağan edən hüquqi sənəddir.

İyunun 20-də Tramp Meloninin reytinq xatirinə ABŞ-la "dostluq etmək" üçün etdiyi cəhdlərə işarə vurmuşdu.

QAZİLER.AZ