Hindistanda güclü yağışlar səbəbindən çoxmərtəbəli bina uçdu

Hindistanda güclü yağışlar səbəbindən çoxmərtəbəli bina uçdu backend

Hindistanda güclü leysan yağışları nəticəsində çoxmərtəbəli bina uçub. Hadisə nəticəsində həlak olanlar var.

Qaziler.az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Hadisə iyulun 5-də Mumbayda, bölgəni cənginə alan güclü yağıntılar fonunda baş verib. Şiddətli yağışlar bir çox küçələri su altında qoyub. Həmçinin ağacların aşması və beynəlxalq hava limanının fəaliyyətinin dayandırılması barədə məlumat verilir.

Qəzetin yazdığına görə, çoxmərtəbəli binanın uçması nəticəsində bir nəfər xəsarət alıb. Beş uşaq və bir yetkin insan daxil olmaqla altı sakini xilas etmək mümkün olmayıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. mütəxəssislər dağıntılar altında daha çox insanın qalma ehtimalını istisna etmirlər.

QAZİLER.AZ