ABŞ-İran danışıqlarında iki mümkün məkan müəyyənləşdi

ABŞ-İran danışıqlarında iki mümkün məkan müəyyənləşdi backend

İslamabad İran və ABŞ-dan olan nümayəndələr arasında iyulun 11-nə planlaşdırılan yeni danışıqlar raundunun keçiriləcəyi ən real məkandır.

Qaziler.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Dawn" qəzeti məlumat yayıb.

"Texniki danışıqların təşkili üçün iki mümkün məkan var - Pakistanın paytaxtı və İsveçrənin Bürgenştok kurortu",- nəşrin yazısında qeyd olunub.

Bununla belə, mənbənin sözlərinə görə, İslamabad ən real variantdır. Nəşrdə qeyd olunur ki, bu barədə yekun qərar hələlik qəbul edilməyib.

Diplomatik mənbələrin məlumatına görə, danışıqlar İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğv edilməsi və aktivlərinin dondurulmasının açılması mövzularına yönələcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

QAZİLER.AZ