Belarus Prezidenti Aleksandr Lukaşenko belarusların müharibə etmək istəmədiyini, lakin düşmən qarşısında da baş əymək niyyətində olmadıqlarını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Lukaşenko bu fikirləri ali hərbi sənaye müəssisələrinin məzunlarının və ali zabit heyətinin şərəfinə keçirilən təntənəli mərasimdə səsləndirib. O vurğulayıb ki, İkinci Dünya Müharibəsi zamanı Belarus görünməmiş sınaqlardan keçib və buna görə də hazırda genetik olaraq müharibəni qəbul etmir.
QAZİLER.AZ



