Venesuelada 12 yaşlı qız ketçup və pendir yeyərək dağıntılar altında sağ qaldı

Venesuelada 12 yaşlı qız ketçup və pendir yeyərək dağıntılar altında sağ qaldı backend

Venesueladakı zəlzələdən sonra 12 yaşlı Fabiana Blanko öz evinin dağıntıları altında 32 saat keçirib və bu müddət ərzində ketçup və pendirlə qidalanaraq sağ qalmağı bacarıb.

Qaziler.az xəbər verir ki, bu barədə BBC yazır.

Divarlar uçmağa başlayanda Fabiana otaqdan qaçıb çıxa bilsə də, beton plitələrin arasında sıxılıb qalıb. İlk saatları tam səssizlikdə keçirən qız, daha sonra özü də dağıntılar altında qalan bir tibb bacısının səsini eşidib. Sonradan həmin qadın xilas edilib və məhz o, xilasedicilərə içəridə hələ də sağ qalmış bir qızın olduğunu bildirib.

Buna baxmayaraq, bir neçə axtarış qrupu Fabiananın yerini tapa bilməyib. Dağıntılar altında o, öz telefonunu tapsa da, şəbəkə olmayıb. Bu zaman məktəbli qız, nə vaxtsa baxılacağına ümid edərək video qeydə alıb.

Huşunu itirməmək üçün Fabiana dağıntılar arasından tapdığı bir şüşə ketçup və bir az rəndələnmiş pendir yeyib. O, həmçinin sakitliyini qorumağa çalışıb və davamlı olaraq dua edib.

Dönüş nöqtəsi Viktor adlı könüllünün qızı yenidən səsləməsi ilə baş verib. Bu dəfə qız onun səsini eşidib və cavab verib. Bundan sonra xilasedicilər onun yerini müəyyən edərək əllə qazmağa başlayıblar.

Blanko hadisədən ayaq sümüyünün sınığı, əzilmələr və sıyrıqlarla qurtulub. Anası Karinanın sözlərinə görə, binanın təxminən 50 sakindən yalnız üç nəfərini sağ xilas etmək mümkün olub.

QAZİLER.AZ