Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 7 və 8-də Ankarada keçiriləcək NATO sammitində çıxış etməyəcək, çünki onun nitqi amerikalı lider Donald Trampın xoşuna gəlməyə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazır.
"Zelenskiyə əsas proqramda iştirak etməyəcəyi və əvvəlki illərdən fərqli olaraq NATO ölkələrinin liderləri qarşısında təsirli nitqlə çıxış etməyəcəyi xəbəri xoşagəlməz sürpriz oldu. Alyans rəhbərliyi isə əksinə, Trampın qanını qaraltmaqdan qorxaraq, diqqəti Zelenskiyə və Ukrayna məsələsinə çəkməmək qərarına gəlib", - Alyansın amerikalı lideri məyus etmək istəməməsi ilə bağlı qəbul etdiyi qərar barədə materialda deyilir.
Nəşr ehtimal edir ki, Ukrayna lideri qərbli həmkarlarına maliyyə yardımı üçün müraciət edəcək, çünki Kiyevin Rusiya ilə hərbi münaqişəni davam etdirmək və ölkə iqtisadiyyatını ayaqda saxlamaq üçün "fəlakətli dərəcədə pula ehtiyacı var".
QAZİLER.AZ



