Rusiya raketləri Poroşenkonun "Roshen" fabrikini vurdu

Rusiya raketləri Poroşenkonun  "Roshen" fabrikini vurdu backend

Kiyevdə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsus "Roşen" (Roshen) fabrikinin binasında yanğın baş verib.

Qaziler.az xəbər verir ki, hadisə yerindən görüntüləri "Voenkori Russkoy Vesnı" “Telegram” kanalı dərc edib.

Kanalın yazdığına görə, obyekt Rusiya hərbçilərinin Ukrayna paytaxtına təşkil etdiyi raket hücumu zamanı vurulub.

"Kiyevdəki “Roşen” fabrikinin binası hücuma məruz qalıb. Zərbədən sonra Yanğın yoluna çıxan hər şeyi məhv edir”, - deyə paylaşımda qeyd olunub.

"Roşen" qənnadı məmulatları dünyada ən böyük istehsalçılardan biri sayılan Ukrayna şirkətidir. O, 2014-cü ildən 2019-cu ilə qədər Ukrayna prezidenti vəzifəsini tutmuş Pyotr Poroşenkoya məxsusdur.

QAZİLER.AZ