Rusiya Kiyevə kütləvi zərbə endirib, ölənlər var

Rusiya Kiyevə kütləvi zərbə endirib,  ölənlər var backend

İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.

Qaziler.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib. Onun sğzlərinə görə, hücum nəticəsində azı 11 nəfər ölüb, 46 nəfər yaralanıb.

Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib. İnsanlar metro stansiyalarına sığınıb.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Hücumdan bir neçə saat əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə yeni kütləvi zərbə hazırladığı barədə xəbərdarlıq etmişdi.