Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı backend

ABŞ Prezidenti Donald Tramp Con Kennedinin ölkənin "ən cazibədar ikinci" dövlət başçısı olduğunu bəyan edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə Birləşmiş Ştatların ikinci xanımı Uşa Vensə verdiyi müsahibədə bildirib.

Amerika liderinin sözlərinə görə, Con Kennedi "mükəmməl, yaraşıqlı oğlan" olub. Tramp hesab edir ki, bu siyasətçi ABŞ tarixində ən cazibədar ikinci"prezident olub. Bununla belə, Tramp onun fikrincə birinci yerdə kimin qərarlaşdığını dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp Amerikanın CNBC telekanalına verdiyi müsahibədə özünü "İsrail tarixinin ən yaxşı prezidenti" adlandırmışdı.