Macarıstan Avropa İttifaqının iyulun 14-də Ukraynanın üzvlüyü ilə bağlı danışıqların növbəti istiqaməti üzrə müzakirələrə başlamasına razılıq verib.
Qaziler.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə keçmiş naziri Yanoş Boka "Facebook" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin yekdil qərarı əsasında iyulun 14-də Ukrayna ilə danışıqların altı klasterindən ikincisi açılacaq. Bununla da Ukrayna üzvlük prosesində Serbiyə çatacaq və Bosniya və Herseqovina, Şimali Makedoniya və Kosovonu geridə qoyacaq.
Boka vurğulayıb ki, bu, Ukraynanın Aİ-yə sürətlə qəbul olunması anlamına gəlmir və proses yalnız real nailiyyətlər əsasında davam etdirilir. O əlavə edib ki, Macarıstan Ukraynanın sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.



