Uçuş zamanı "təyyarəni dayandırın" deyə qışqıran sərnişin təyyarənin qapısını açmağa çalışıb

Uçuş zamanı "təyyarəni dayandırın" deyə qışqıran sərnişin təyyarənin qapısını açmağa çalışıb backend

ABŞ-da "Mesa Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarənin qapısını açmağa cəhd edib.

"Mesa Airlines"in sərnişini ABŞ-da uçuş zamanı xilasetmə xidmətlərinə müraciət edərək "təyyarəni dayandırın" deyə qışqırıb.

Qaziler.az bildirir ki, bu barədə "Simple Flying" məlumat verib.

Hadisə 30 iyun tarixində İndianapolis Beynəlxalq Hava Limanından Hyustondakı Corc Buş Qitələrarası Hava Limanına uçan təyyarədə baş verib.

Təyyarənin uçuşu zamanı bir sərnişin narahat olub və həddindən artıq stress vəziyyətində 911-ə zəng edərək təhlükədə olduğunu bildirib. Daha sonra kişi qapıya tərəf qaçaraq onu zorla açmağa çalışıb.

Təyyarə havaya qalxdıqdan cəmi 15 dəqiqə sonra İndianapolisə qayıdıb və orada təhlükəsiz eniş edib. Narahatlıq yaradan şəxs digər sərnişinlər tərəfindən tutularaq polisə təhvil verilib. Təyyarə 90 dəqiqəlik gecikmədən sonra yenidən Hyustona yola düşdü.

Federal Aviasiya Administrasiyası hadisəni araşdırır.

QAZİLER.AZ