Trampın nümayəndələri Kiyevə "sadəcə fotosessiya üçün" gəlməyəcəklər - NYT

Trampın nümayəndələri Kiyevə "sadəcə fotosessiya üçün" gəlməyəcəklər - NYT backend

Danışıqlar aparan Uitkoff və Kuşner niyə Ukraynaya səfər etməkdən yayınırlar?

Trampın Ukrayna və Rusiya arasında sülh danışıqları üzrə nümayəndələrinin hələlik Kiyevə səfər etmələri ehtimalı azdır. Onlar bir neçə dəfə Moskvada olublar.

Qaziler.az bildirir ki, bu barədə  "The New York Times" məlumat yayıb.

Uitkoff və Kuşner Ukraynaya səfər etməyi planlaşdırmırlar.

Adının çəkilməsini istəyəmən məmur bildirib ki, Trampın elçiləri Ukrayna və Rusiya rəsmiləri ilə gündəlik söhbətlər aparıblar. Onlar həmçinin açıqlanmayan şəxsi görüşlər də keçiriblər.

Lakin nəşrin mənbəyi qeyd edir ki, Cared Kuşner və Stiv Uitkoff yalnız müzakirə üçün yeni səbəblər olduqda Rusiya və Ukraynaya səfər edəcəklər. Fotosessiya üçün səfər olmayacaq.

QAZİLER.AZ