Kiyev sakinlərinə şəhərdə havanın keyfiyyətinin pisləşməsi səbəbindən küçəyə çıxmamaq və bol su içmək tövsiyə olunub.
Qaziler.az xəbər verir ki, müvafiq tövsiyələri Kiyev Şəhər Dövlət Administrasiyası yayıb.
Administrasiyanın məlumatına görə, Ukrayna paytaxtının hakimiyyət orqanları qeyd ediblər ki, şəhərdə xüsusilə yer səviyyəsində ozon və toz konsentrasiyaların artması qeydə alınıb. Buna səbəb kimi onlar anomal isti havanı, küləyin olmamasını və Rusiya Silahlı Qüvvələrinin iyulun 2-də həyata keçirdiyi kütləvi hücum nəticəsində yaranan yanğınları göstəriblər.
Kiyev sakinlərinə otaqlarda pəncərələri bağlamaq və əgər varsa, hava təmizləyici cihazları maksimum rejimdə yandırmaq tövsiyə edilib.
QAZİLER.AZ



