İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 101 min nəfər əhalisi olan Ternate şəhərindən 115 km şimalda yerləşib.
Zəlzələ ocağı 121 km dərinlikdə qərarlaşıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuela ərazisində 7,2 və 7,5 maqnitudalı iki dağıdıcı zəlzələ baş verib. Bu yeraltı təkanlar son dövr ərzində ən güclü zəlzələlərdən olub. Yeraltı təkanlar paytaxt Karakasda və bir sıra ştatlarda hiss edilib. Bir çox evlər dağılıb, ölənlərin sayı 2 mini keçib.
QAZİLER.AZ



