ABŞ Prezidenti Donald Tramp, sərvəti 1 trilyon dolları keçdikdən sonra "SpaceX"in qurucusu İlon Maska təbrik məktubu göndərdiyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNBC telekanalına verdiyi müsahibədə deyib.
"Ona kiçik bir məktub yazdım və orada qeyd etdim: “Təbriklər, əladır", - deyə Tramp bildirib.
Amerika lideri Mask ilə çox yaxşı münasibətlərinin olduğunu da əlavə edib. Tramp həmçinin qeyd edib ki, administrasiyasının bütün ABŞ sakinləri üçün elektrikli nəqliyyat vasitələrinin istifadəsini tələb etməkdən imtina etməsi onunla Teslanın qurucusu Mask arasında "kiçik bir fikir ayrılığına" səbəb olub.
"İlon bundan məmnun deyil və mən bunu anlaya bilirəm, amma onun işləri qaydasındadır", - deyə Tramp qeyd edib.
QAZİLER.AZ



