ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner müzakirə üçün yeni məsələlər yaranacağı təqdirdə Rusiya və Ukraynaya səfər etməyə hazırdırlar, lakin sadəcə "fotosessiya xatirinə" getmək niyyətində deyillər.
Qaziler.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) qəzeti ABŞ-nin yüksəkrütbəli rəsmisinə istinadən yazır.
Mənbənin bildirdiyinə görə, Uitkoff və Kuşner Ukrayna və Rusiya rəsmiləri ilə demək olar ki, hər gün əlaqə saxlayıblar, həmçinin ictimaiyyətə məlumat verilməyən şəxsi görüşlər də keçiriblər.
Nəşr qeyd edir ki, danışıqlar aparan hər iki şəxs Trampla birbaşa əlaqəyə malik olduqları üçün Moskva və Kiyev üçün dəyərli kontaktlar hesab olunur.
QAZİLER.AZ



