ABŞ-də təhlükəli parazit yayılıb: xəstəxanaya yerləşdirilənlər var

ABŞ-də təhlükəli parazit yayılıb: xəstəxanaya yerləşdirilənlər var backend

ABŞ-də “Cyclospora cayetanensis parazitinin törətdiyi təhlükəli siklosporiaz infeksiyasının yayılması faktı qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin (CDC) məlumatlarına istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, mayın 1-dən iyunun 16-dək ölkənin 17 ştatında 145 yoluxma halı qeydə alınıb. Ən çox xəstələnən şəxs 31-dən 80-dək Nyu-Yorkda aşkar edilib. İkinci yerdə isə hər birində 11-dən 30-dək insanın yoluxduğu İllinoys və Texas ştatları qərarlaşıb. Pasiyentlərin yaşı 5 ilə 86 arasında dəyişir. Onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib.

Yoluxmanın ölkə daxilində baş verdiyi dəqiqləşdirilir, çünki xəstələnənlərdən heç biri xaricə səfər etməyib. Parazit insandan insana keçmir. Yoluxmanın böyük ehtimalla qidadan qaynaqlandığı bildirilir. Dəqiq hansı məhsulların buna səbəb olduğu hələlik açıqlanmır, araşdırma aparılır.

Siklosporiazın simptomları arasında kəskin diyareya (ishal), spazmlar, ürəkbulanma, çəki itkisi və yorğunluq yer alır. Bəzi xəstələr baş ağrısı, bədən ağrıları və yüksək qızdırmadan da şikayətlənirlər. Xəstəliyin əlamətləri yoluxmadan bir həftə sonra özünü büruzə verir və bir aya qədər davam edə bilər. İnfeksiyanın bu yayılma dalğasında ölüm halı qeydə alınmayıb.

QAZİLER.AZ