Küçədən tapdığı, çərçivəsinə görə bəyəndiyi rəsm məşhur rəssamın əsəri çıxdı

Küçədən tapdığı, çərçivəsinə görə bəyəndiyi rəsm məşhur rəssamın əsəri çıxdı backend

İspaniyada bir ailənin küçədə qoyub getdiyi 150.000 avro dəyərində bir rəsmi yalnız çərçivəsinə görə atıldığını düşünərək evə aparan bir kişi, süni intellekt sayəsində əsərin məşhur rəssam Xoakin Sorollaya məxsus olduğunu aşkar etdi. Xəbərlərdə "oğurlanmış" xəbər görən dürüst vətəndaş dərhal qiymətli sənət əsərini polisə təhvil verib.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, Sevilyada yaşayan bir ailə, nəsillər boyu sahib olduqları və ənənəvi olaraq tətillərdə özləri ilə apardıqları qiymətli rəsm əsərini maşınlarının baqajına qoymaq üçün səkiyə qoyub.

Tıxaclar və arxalarındakı maşınların siqnalından panikaya düşən ailə divara söykədikləri rəsm əsərini unudub maşınla yola düşüb.

Sahilə çatdıqdan sonra rəsmin itdiyini anlayaraq dərhal şəhərə qayıdan ailə küçələrə elanlar asdılar.

Ailənin maşınla getdikdən qısa müddət sonra, həftəsonu tətili üçün ailəsi ilə birlikdə Mursiyadan Sevilyaya gələn 57 yaşlı Andres Hurtado qiymətli əsəri tapıb və sonra onu polisə təqdim edib.

Yaşadıqları şokdan sonra ailə rahat bir nəfəs alan ailə Hurtadoya dürüst davranışına görə təşəkkür edib və ona mükafat təqdim edəcəklərini bildirib.

 

Xoakin Sorolla (Joaquín Sorolla, 1863–1923) işıq və rəngin ustası kimi tanınan məşhur ispan impressionist və realist rəssamıdır. O, xüsusilə Aralıq dənizinin günəşli mənzərələri, canlı çimərlik səhnələri və usta portretləri ilə dünya şöhrəti qazanmışdır

QAZİLER.AZ