Polşalı keçmiş nazir Macarıstandakı sığınacağından məhrum olub

Polşalı keçmiş nazir Macarıstandakı sığınacağından məhrum olub backend

Macarıstan keçmiş Polşa ədliyyə naziri Zbiqnev Zebronun siyasi sığınacağını ləğv edib.

Qaziler.az bildirir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski sosial media platforması X-də bildirib.

Onun sözlərinə görə, Marçin Romanovski və Patriçya Koteçka-Zebro da bu statusdan məhrum ediliblər. Onların səyahət sənədləri də ləğv edilib.

Zebro Polşada cinayət təqibi altındadır. Varşava ona qarşı 26 ittiham, o cümlədən cinayətkar qrupa rəhbərlik etmək ittihamı da irəli sürüb.

İttihamlardan biri Ədalət Fondu ilə bağlıdır. Polşa prokurorluğu hesab edir ki, onun vəsaitləri İsrailin Pegasus proqram təminatını qanunsuz olaraq almaq üçün istifadə olunub.

İstintaq məlumatına görə, bu proqram təminatından təxminən 500 Polşa siyasətçisini və onların ailə üzvlərini dinləmək üçün istifadə edilmiş ola bilər. Zebro həmçinin maliyyə fırıldaqçılığı ilə də əlaqələndirilir.

QAZİLER.AZ